ABŞ Prezidenti Donald Tramp 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Türkiyəyə gəlib. Müdafiə xərclərinin artırılması, Rusiya-Ukrayna müharibəsi, NATO-nun cənub cinahında təhlükəsizlik təhdidləri və Yaxın Şərqdəki son hadisələr müttəfiqlərin zirvə toplantısında əsas gündəm məsələləri arasındadır.
Ən maraqlı məqam, ABŞ prezidentinin bu səfərdə Türkiyənin hərbi-müdafiə sahəsində gözləntilərini doğruldub-doğrultmayacağıdır. Yəni, hələ Vaşinqtondaykən Tramp Ankaraya Türkiyəni “sevindirəcək paketlə” gedəcəyini demişdi, hansı ki, bu paketdə F-35lər. Patriotlar və sair ola bilərdi. Zirvənin ikinci günü olsa da, bu gözləntilərin heç biri reallaşmadı, sadəcə Tramp bir-iki vəd verdi, vəssalam.
Qeyd edək ki. son 70 ildə Ankaraya səfər edən yeddi Amerika prezidentinin hər səfəri beynəlxalq sistemin dəyişdiyi kritik dövrlərə təsadüf edib. Soyuq müharibə-nin ən sərt günlərində Duayt D. Eyzenhauer antikommunist strategiyasını izah etmək üçün Ankaraya gəlib, Corc Buş Soyuq müharibə-dən sonra müttəfiqləri ilə "Yeni Dünya Nizamı" vizyonunu bölüşdüb, Bill Klinton Türkiyənin qlobal enerji dəhlizindəki rolunu vurğulayan müqavilələrin şahidi olubu, Barak Obama əvvəlcə "nümunəvi tərəfdaşlıq" gündəliyi ilə, sonra isə Suriya müharibəsi və terrorizmə qarşı mübarizə ilə Türkiyəyə səfər edib.
1959-cu ildən bu günə qədər Türkiyəyə səfər edən ABŞ prezidentləri, bu səfərlərin baş tutduğu beynəlxalq kontekst və Ankara-Vaşinqton xəttində buraxdıqları diplomatik izlər aşağıdakılardır:
1959-cu il: Prezident Eyzenhauerin səfəri
1950-ci illərin sonları ABŞ ilə SSRİ arasında Soyuq Müharibə rəqabətinin ən şiddətli dövrlərindən biri idi. 1956-cı il Süveyş böhranından sonra Yaxın Şərqdə yaranan güc boşluğu 1958-ci il Livan böhranı və İraqdakı hərbi çevrilişlə daha da dərinləşdi; Sovet İttifaqı diplomatik arenada güclənərkən, 1957-ci ildə Sputnik peykini kosmosa göndərərək Vaşinqtona texnoloji üstünlük mesajı göndərdi. Bundan sonra ABŞ-ın o vaxtkı prezidenti Duayt D. Eyzenhauer Yaxın Şərqdə Sovet təsirini məhdudlaşdırmağı hədəfləyən eyniadlı doktrinasını elan etdi. NATO-nun cənub-şərq cinahında yerləşən və Yaxın Şərqə açılan qapı rolunu oynayan Sovet İttifaqı ilə uzun quru sərhədini bölüşən Türkiyə bu strategiyada əsas ölkəyə çevrildi.
Prezident Ankaraya Avropa, Asiya və Afrikanın on bir paytaxtına aparacaq "Xoşməramlı" turunun bir hissəsi olaraq gəldi. Eyzenhauerin 6 dekabr 1959-cu ildə Ankaraya səfəri, ABŞ prezidentinin Türkiyəyə ilk rəsmi səfəri olduğu üçün iki ölkə arasındakı münasibətlərdə tarixi bir dönüş nöqtəsi sayılır.
Eyni zamanda, Türkiyə ağır iqtisadi böhranla mübarizə aparırdı. 1958-ci ildəki böyük devalvasiyadan və BVF ilə imzalanan ilk sabitləşdirmə proqramından sonra Adnan Menderes hökuməti Eyzenhauerin səfərini həm strateji tərəfdaşlığı gücləndirmək, həm də Vaşinqtondan iqtisadi dəstək və yeni kreditlər almaq üçün əhəmiyyətli bir fürsət kimi görürdü.
Səfərin siyasi kulminasiyası Türkiyə Böyük Millət Məclisində baş tutdu. Eyzenhauer çıxışında türk və Amerika xalqlarının azadlıq idealına sadiqliyini vurğulayaraq, Türkiyənin NATO və CENTO daxilindəki rolunu təriflədi. Lakin Ankaranın gözlədiyi hərtərəfli iqtisadi yardım reallaşmadı.
1991-ci il: Corc Buş səfəri
1990-cı ildə başlayan Birinci Körfəz Müharibəsi Yaxın Şərqdə güc balansını yenidən formalaşdırdı. Elə bu vaxtda Eyzenhauerin tarixi səfərindən 32 il sonra ABŞ-dan Türkiyəyə daha bir vacib səfər baş tutdu – prezident Corc Buş Ankaraya gəldi.
Prezident Buş ABŞ-ın "lider" mövqeyində yer alacağı və kapitalist siyasətinin üstünlük təşkil edəcəyi "Yeni Dünya Nizamı" adlandırılan beynəlxalq sistem tətbiq etdikcə, BMT koalisiyasını tam dəstəkləyən, Kərkük-Yumurtalıq neft kəmərini bağlayan və İncirlik Hava Bazasını koalisiya qüvvələri üçün açan Türkiyə Vaşinqtonun bölgədəki ən vacib tərəfdaşlarından birinə çevrildi.
Buşun 20-22 iyul 1991-ci il tarixlərində Ankara və İstanbula səfəri Soyuq Müharibə-dən sonra iki ölkə arasında münasibətlərin yeni çərçivəsini formalaşdıran ilk yüksək səviyyəli təmaslardan biri idi.
Bu vaxt Türkiyə Körfəz müharibəsinin ağır iqtisadi və humanitar nəticələri ilə üzləşirdi. Sanksiyalar və turizm gəlirlərinin azalması iqtisadiyyata ağır zərbə vururdu, İraqdan gələn yüz minlərlə qaçqın isə sərhəd bölgəsində əhəmiyyətli yük yaradırdı. Turqut Özal Buşun səfərini həm Türkiyənin strateji əhəmiyyətini gücləndirmək, həm də müharibənin vurduğu iqtisadi itkilərin kompensasiyasını təmin etmək, hərbi modernləşdirmə dəstəyi və ticarətin asanlaşdırılması üçün vacib bir fürsət kimi qiymətləndirdi.
Buş Ankarada keçirdiyi görüşlərdə Türkiyənin Qərb ittifaqı daxilindəki mövqeyini tərifləyib və iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni dövrdə də davam edəcəyi mesajını çatdırıb. Sonda müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq təsdiqlənib, lakin Ankaranın hərtərəfli iqtisadi dəstək, ticarət güzəştləri və yüksək kompensasiya tələbləri ilə bağlı gözləntiləri doğrulmayıb.
1999-cu il: Bill Klintonun səfəri
2000-ci illər NATO-nun Kosovoya müdaxiləsindən sonra Balkanlarda yeni təhlükəsizlik qaydasının qurulduğu və Xəzər hövzəsindən enerji ehtiyatlarının qlobal bazarlara daşınması üçün rəqabətin gücləndiyi bir dövr idi. ABŞ Prezidenti Bill Klinton Rusiyadan yan keçərək Xəzər neftini Aralıq dənizinə daşıyacaq Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini Vaşinqtonun əsas prioritetlərindən biri etmişdi.
Balkanlardakı NATO əməliyyatlarına dəstəyi və enerji dəhlizlərindəki əsas mövqeyi ilə Türkiyə ABŞ-ın Avrasiya strategiyasında mərkəzi rol oynayırdı. Klintonun 14-19 noyabr 1999-cu il tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbul Zirvə Toplantısının bir hissəsi olaraq İstanbula səfəri bu strateji tərəfdaşlığın ən vacib dönüş nöqtələrindən biri idi.
Bu arada, Türkiyə həmin ilin 17 avqust Mərmərə zəlzələsinin yaralarından qurtulmağa çalışırdı. Bülent Ecevit və Süleyman Dəmirəl Klintonun səfərini həm zəlzələdən sonra beynəlxalq dəstəyi gücləndirmək, həm də BTC layihəsinə siyasi təkan vermək üçün əhəmiyyətli bir fürsət kimi qiymətləndirdilər.
Diplomatik baxımdan səfərin ən vacib nəticəsi İstanbulda Bakı-Tbilisi-Ceyhan neft kəməri üçün çərçivə sazişlərinin imzalanması olub. Klinton həmçinin Türkiyə Böyük Millət Məclisindəki çıxışında Türkiyənin 21-ci əsrdəki strateji rolunu vurğulayaraq iki ölkə arasındakı tərəfdaşlığa güclü dəstəyini ifadə edib.
2004-cü il: Corc Buşun səfəri
2000-ci il 11 sentyabr hücumlarından sonra ABŞ-ın Əfqanıstan və İraqa hücum etdiyi və beynəlxalq siyasətin "Qlobal Terrorla Mübarizə" adlanan münaqişə mühiti ilə formalaşdığı bir dövr idi. İraq müharibəsinin yaratdığı beynəlxalq mübahisələrə görə Vaşinqton NATO vasitəsilə müttəfiqləri ilə münasibətlərini gücləndirməyə çalışırdı.
Bu kontekstdə Corc Buş 27-29 iyun 2004-cü il tarixlərində İstanbulda keçirilən 2004-cü il İstanbul NATO Zirvə Görüşü üçün Türkiyəyə gəlib.
Səfər Türkiyə-Amerika münasibətlərində ən gərgin dövrlərdən birində baş tutub. Türkiyə Böyük Millət Məclisinin 1 mart 2003-cü il tarixli qətnaməni rədd etməsi və ardınca Süleymaniyyədə baş verən "işdən çıxarılma hadisəsi" iki ölkə arasında ciddi etimad böhranı yaradıb.
Buna baxmayaraq, o vaxtkı prezident Əhməd Necdət Sezər və baş nazir Rəcəb Tayyib Ərdoğan Buşun səfərini münasibətləri yenidən yoluna qoymaq, İraqın gələcəyi ilə bağlı ortaq məxrəc tapmaq və PKK-nın Şimali İraqdakı mövcudluğuna qarşı Vaşinqtondan daha güclü dəstək almaq üçün vacib fürsət kimi görürdülər.
Bugünkü kimi fövqəladə təhlükəsizlik tədbirləri altında keçirilən zirvə görüşündə Buş Türkiyənin NATO daxilində strateji rolunu tərifləyib, həmçinin Türkiyənin Avropa Birliyinə üzvlük prosesini dəstəkləyib. Lakin Ankaranın PKK-ya qarşı daha konkret addımlar atması yönümündə gözləntiləri doğrulmadı. Səfər 1 mart qətnaməsindən sonra pisləşən münasibətlərdə diplomatik dialoqu canlandırsa da, İraq siyasəti və terrorizmlə mübarizə ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmadı.
2009-cu il: Barak Obamanən səfəri
2000-ci illərin sonları ABŞ-ın İraq müharibəsinin yaratdığı regional dağıntıları bərpa etməyə, Əfqanıstandakı hərbi mövcudluğunu yenidən formalaşdırmağa və 2008-ci il qlobal maliyyə böhranının təsirləri ilə mübarizə aparmağa çalışdığı bir dövrə təsadüf etdi. Barak Obama vəzifəyə başladıqdan sonra müsəlman icmaları ilə münasibətlərdə "yeni başlanğıc" məqsədini ortaya qoydu və bu yanaşmanın ilk simvolik addımlarından biri kimi, 5-7 aprel 2009-cu ildə Türkiyəyə ilk xarici səfərini etdi.
Obama administrasiyası Türkiyəni, müttəfiqlərin İraqdan çıxarılmanın idarə olunmasında, Əfqanıstan əməliyyatına müttəfiq dəstəyinin saxlanılmasında və Yaxın Şərqdə zəifləyən Amerika təsirinin gücləndirilməsində "nümunəvi tərəfdaş" kimi təsvir edib. Ankara da öz növbəsində həm regional vasitəçilik səyləri, həm də NATO daxilindəki mövqeyi ilə Vaşinqton üçün əsas müttəfiq kimi fərqlənib. Böyük Millət Məclisindəki çıxışında Obama Türkiyə ilə ABŞ arasındakı münasibətləri "nümunəvi tərəfdaşlıq" adlandırıb, Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəklədiyini təkrarlayıb və terrora qarşı mübarizədə əməkdaşlıq mesajı çatdırıb.
Danışıqlar İraqdan, Əfqanıstandan çıxarılma prosesi, NATO və regional təhlükəsizliklə bağlı ortaq iradə nümayiş etdirsə də, Türkiyənin getdikcə müstəqilləşən xarici siyasəti ilə Vaşinqtonun regional prioritetləri arasındakı fərqlər tam həll olunmadı. Buna baxmayaraq, səfər Obama administrasiyası dövründə Türkiyəyə verilən strateji əhəmiyyətin ən güclü simvollarından biri kimi qeydə alınıb.
2015-ci il: Obamanım növəti səfəri
Barak Obama Türkiyəyə ikinci səfərini 15-16 noyabr 2015-ci il tarixlərində 2015-ci il G20 Antalya Zirvə Görüşü çərçivəsində etdi. Lakin bu səfər 2009-cu ilin "model tərəfdaşlıq" ritorikasından tamamilə fərqli bir beynəlxalq kontekstdə baş tutdu. Ərəb Baharından sonra Suriya Vətəndaş Müharibəsi regional proksi müharibəsinə çevrildi, milyonlarla qaçqın qonşu ölkələrə və Avropaya üz tutdu, İŞİD İraq və Suriyada böyük bir əraziyə nəzarəti ələ keçirdi. Obama administrasiyasının prioriteti artıq İraqdan geri çəkilməni idarə etmək deyil, beynəlxalq koalisiya ilə İŞİD-i geri itələmək və Suriya böhranını nəzarət altında saxlamaq idi.
Antalyada görüşən liderlər qlobal artımı, eləcə də kəşfiyyat paylaşımı, sərhəd təhlükəsizliyi və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasını müzakirə etdilər. Paris hücumları, Suriyadakı müharibə və İŞİD-ə qarşı əməliyyatlar Obama və Rəcəb Tayyib Ərdoğan arasındakı müzakirələrdə əsas mövzular idi. Obama Türkiyənin koalisiyaya verdiyi dəstəyi yüksək qiymətləndirdi və hər iki lider terrorizmə qarşı birgə mübarizə mesajı göndərdi.
Lakin görüşlərin pərdəarxası iki müttəfiq arasında strateji fikir ayrılıqları getdikcə daha aydın görünürdü. Ankara Suriyanın şimalında uçuşa qadağan olunmuş təhlükəsiz zonanın yaradılmasını və Suriya daxilində qaçqın axınının nəzarətdə saxlanılmasını müdafiə etsə də, Vaşinqton birbaşa hərbi müdaxiləni genişləndirməkdənsə, hava əməliyyatları və yerli tərəfdaşlar vasitəsilə irəliləməyə üstünlük verirdi. Eyni dövrdə ABŞ-ın İŞİD-ə qarşı mübarizədə YPG ilə əməkdaşlığı Türkiyənin ən əhəmiyyətli təhlükəsizlik etirazlarından birinə çevrildi.
Sammitin sonunda qəbul edilən Antalya Bəyannaməsində terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması vurğulanırdı. Lakin Türkiyənin milyonlarla suriyalı qaçqının yükünü bölüşməklə bağlı gözləntiləri konkret beynəlxalq maliyyələşdirmə mexanizminə çevrilmədi...